Sumqayıtda sələmçi qadını öldürməkdə təqsirləndirilən şəxsin məhkəməsi başlayıb

Sumqayıtda sələmçi qadını öldürməkdə təqsirləndirilən şəxsin məhkəməsi başlayıb Bakı. 18 yanvar. REPORT.AZ/ Bakı Ağır Cinayətlər Məhkəməsində qətl törətməkdə təqsirləndirilən Rövşən Məmmədovun cinayət işi üzrə məhkəmə iclası başlayıb.
Hadisə
18 Yanvar , 2019 10:53
Sumqayıtda sələmçi qadını öldürməkdə təqsirləndirilən şəxsin məhkəməsi başlayıb

Bakı. 18 yanvar. REPORT.AZ/ Bakı Ağır Cinayətlər Məhkəməsində qətl törətməkdə təqsirləndirilən Rövşən Məmmədovun cinayət işi üzrə məhkəmə iclası başlayıb.

"Report" xəbər verir ki, hakim Səbuhi Hüseynovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib.

Məhkəmənin baxış iclası yanvarın 24-nə təyin edilib.

Qeyd edək ki, ötən il Sumqayıt şəhəri H.Z.Tağıyev qəsəbəsində 66 yaşlı Minayə Həsənlinin üzərində zorakılıq əlamətləri olan meyiti yaşadığı evdə tapılıb.

Təxirəsalınmaz istintaq və əməliyyat-axtarış tədbirləri nəticəsində qətli törətməkdə şübhəli bilinən H.Z.Tağıyev qəsəbə sakini, əvvəllər məhkum olunmuş Rövşən Məmmədov saxlanılıb.

Xatırladaq ki, öldürülən qadının Sumqayıtda sələmçiliklə məşğul olduğu bildirilir.

Son xəbərlər

Orphus sistemi