Sel suları Tovuzda ciddi fəsadlar törədib - VİDEO

Sel suları Tovuzda ciddi fəsadlar törədib - VİDEO Yağan leysan yağışlar nəticəsində Tovuzun bir neçə ucqar kəndlərində fəsadlar törədib.
Hadisə
9 İyul , 2021 15:37
Sel suları Tovuzda ciddi fəsadlar törədib - VİDEO
0 : 00
0 : 00

Yağan leysan yağışlar Tovuzun bir neçə ucqar kəndlərində fəsadlar törədib.

"Report"un Qərb Mərkəzinin məlumatına görə, son günlər Qərb bölgəsində yağan güclü yağışlar dağlıq rayonlarda və kəndlərdə ciddi fəsadlar törədib. Tovuzun Qəribli və ətraf kəndlərinə sel gəlib. 20 dən çox evə, həyətyanı sahələrə sel suları dolub. Sotlarla əkin sahələri, təsərrüfata zərər dəyib.

Kənd sakini, Sahniyar Abbasov "Report"a bildirib ki, sel suları onun 25 sotdan çox əkin sahəsinə, yaşadığı evin həyətinə dolub.

"Axşam saatlarında meşədən sel gəldi. Mənim, qonşuların evinə sel suları dolub. Kənddə olan 22 evin 19-da yaşayış var və hamımız zərər görmüşük. Qonşumun 27 xırda buynuzlu heyvanı damda sel suyunda boğulub tələf olub".

Kənd sakinləri bildirir ki, kəndin kommunikasiya xətləri də sıradan çıxıb. Yol təsərrüfatına ziyan dəyib: "Bütün bunlarla bağlı etdiyimiz müraciətlərə baxmayaraq, heç bir qurum tərəfindən fəsadların aradan qaldırılması istiqamətində bir iş görülmür".

Qeyd edək ki, son günlər yağıntılı hava Tovuzun Gədəbəy rayonu ilə sərhəd olan bu kəndlərilə yanaşı, Gədəbəy və Şəmkir rayonlarında da fəsadlar törədib.

Son xəbərlər

Orphus sistemi