Şəkiyə qonaq gedən yeniyetməni avtomobil vurub öldürdü

Şəkiyə qonaq gedən yeniyetməni avtomobil vurub öldürdü Faktla bağlı araşdırma aparılır
Hadisə
12 Aprel , 2021 17:42
Şəkiyə qonaq gedən yeniyetməni avtomobil vurub öldürdü

Şəki rayonunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

"Report"un Şimal-qərb bürosunun məlumatına görə, hadisə Yevlax-Zaqatala-Gürcüstan magistral yolunun rayonun Böyük Dəhnə kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.

Belə ki, Əsəbəli Tütünçiyev idarə etdiyi "Mercedes"markalı avtomobillə hərəkətdə olarkən, velosipedlə yolu keçmək istəyən Böyük Dəhnə kənd sakini, 11-ci sinif şagirdi Məhəmməd Namazovu vurub. Yaralı xəstəxanaya çatdırılarkən yolda keçinib.

Kənd sakinlərinin sözlərinə görə, qəzada dünyasını dəyişən M.Namazov Bakı şəhərində yaşayırdı. O, kəndə iki günlük gəlib.

Faktla bağlı araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi