Emin Şəkinskinin keçmiş qaynının məhkəməsində daha əvvəl həbs edilən qadın dindirilib

Emin Şəkinskinin keçmiş qaynının məhkəməsində daha əvvəl həbs edilən qadın dindirilib Bakı. 25 yanvar. REPORT.AZ/ Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində Daxili İşlər Nazirliyinin (DİN) Nəqliyyatda Baş Polis İdarəsinin rəisi, general-mayor Emin Şəkinskinin keçmiş qaynı Fərid Yusubun cinayət işi üzrə məhkəmə iclası davam etdirilib.
Hadisə
25 yanvar 2019 13:28
Emin Şəkinskinin keçmiş qaynının məhkəməsində daha əvvəl həbs edilən qadın dindirilib

Bakı. 25 yanvar. REPORT.AZ/ Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində Daxili İşlər Nazirliyinin (DİN) Nəqliyyatda Baş Polis İdarəsinin rəisi, general-mayor Emin Şəkinskinin keçmiş qaynı Fərid Yusubun cinayət işi üzrə məhkəmə iclası davam etdirilib.

“Report”un xəbərinə görə, hakim Cavid Hüseynovun sədrliyi ilə keçirilən prosesdə şahid qismində Zeynəb Cəfərova ifadə verib.

Z.Cəfərova dindirilən zaman təqsirləndirilən şəxsi tanımadığını, onu heç vaxt görmədiyini bildirib.

Məhkəmədə elan olunub ki, Z.Cəfərova bu iş üzrə 2014-cü ildə saxlanılıb, Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə ona şərti cəza verilib. Bildirilib ki, qadının ittiham olunduğu oğurluq maddəsi ittihamdan xaric olunub.

Z.Cəfərova həmin cinayət işində verdiyi ifadəni təsdiq etdiyini söyləyib.

Sualları cavablandıran qadın deyib ki, E.Şəkinskinin keçmiş həyat yoldaşı Gülnarə Şəkinskayanın qızını Gürcüstana keçirib: "Bunu da bilmədən etdim. Gürcüstanda Fəridi görməmişəm".

Daha sonra şahid qismində Nazim Şükürov dindirilib. O qeyd edib ki, bu iş üzrə daha əvvəl də şahid qismində ifadə verib.

N.Şükürov F.Yusubu tanımadığını söyləyib.

Məhkəmənin növbəti iclası yanvarın 30-na təyin edilib.

Qeyd edək ki, Gülnarə Şəkinskaya keçmiş həyat yoldaşı E.Şəkinskinin evindən 60 min manat pul oğurlamaqda ittiham olunur. G.Şəkinskaya, eləcə də onun övladları - Həmidə, Məryəm, Nadiya və Cəvahir Şəkinskayalar dövlət sərhədini qanunsuz keçiblər.

Pənah Dadaşov, Namiq Camalov, Raqub İsbəndiyarov, Zeynəb Cəfərova, Şəfiqə Bağırova, Saçlı Həsənova, Pərvin Dadaşov, Rəvanə Dadaşova, Tahir Hüseynov, Günel Hüseynova, Adəm İsgəndərov və Ənnab İsgəndərov isə onlara yardım etməkdə günahlandırılırlar. Həmin şəxslərin cinayət işinə Bakı Ağır Cinayətlər Məhkəməsində baxılıb.

Cinayət işində adları hallanan G.Şəkinskaya, onun qardaşı F.Yusub və Azərbaycan Miqrasiya Mərkəzinin rəhbəri Əlövsət Əliyev barəsində axtarış elan olunub.

“İnterpol” xətti ilə beynəlxalq axtarışda olan F.Yusub xarici ölkədə saxlanılıb və Azərbaycana təhvil verilib.

F.Yusub ölkəyə gətirildikdən sonra barəsində həbs qətimkan tədbiri seçilib, müddət başa çatdıqda isə məhkəmə prokurorluğun müddətin uzadılması ilə bağlı təqdimatı təmin etməyib. F.Yusub barəsində heç bir qətimkan tədbiri seçilməyib və o, azadlıqda qalıb.

O, Cinayət Məcəlləsinin 177.3.2-ci (oğurluq, külli miqdarda törədildikdə), 320.1-ci (rəsmi sənədləri, dövlət təltiflərini, möhürləri, ştampları, blankları saxtalaşdırma, qanunsuz hazırlanma, satma və ya saxta sənədlərdən istifadə etmə) və 318.2-ci (Azərbaycan Respublikasının dövlət sərhədini qanunsuz keçmə) maddələri ilə ittiham olunur.

Zərərçəkmiş qismində E.Şəkinski tanınır.

Son xəbərlər

Orphus sistemi