Şəkidə zəncirvari qəza olub, səkidə dayanan 2 piyada ağır xəsarət alıb

Şəkidə zəncirvari qəza olub, səkidə dayanan 2 piyada ağır xəsarət alıb Şəkidə piyadaların xəsarət alması ilə nəticələnən yol qəzası olub.
Hadisə
19 oktyabr 2022 12:17
Şəkidə zəncirvari qəza olub, səkidə dayanan 2 piyada ağır xəsarət alıb

Şəkidə piyadaların xəsarət alması ilə nəticələnən yol qəzası olub.

"Report"un Şimal-qərb bürosunun məlumatına görə, hadisə şəhərin Salman Mümtaz küçəsində qeydə alınıb.

Belə ki, hərəkətdə olan "VAZ-2107" markalı avtomobil idarəetmədən çıxaraq yolun kənarında dayanmış "VAZ-2106" və "VAZ-2107" markalı avtomobillərə çırpılıb. Həmin vaxt avtomobillərin yanında dayanan iki nəfər maşınların arasında qalıb. Ayaqları sınan piyadalar Şəki Rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər.

Faktla bağlı araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi