Şəkidə yük maşını qadın piyadanı vuraraq öldürüb

Şəkidə yük maşını qadın piyadanı vuraraq öldürüb Şəki. 20 noyabr. REPORT.AZ/ Şəki rayonunda zibil daşıyan maşın 84 yaşlı qadını vuraraq öldürüb.
Hadisə
20 Noyabr , 2018 20:55
Şəkidə yük maşını qadın piyadanı vuraraq öldürüb
Foto: "Report"

Şəki. 20 noyabr. REPORT.AZ/ Şəki rayonunda zibil daşıyan maşın 84 yaşlı qadını vuraraq öldürüb.

“Report”un Şəki-Zaqatala bürosunun məlumatına görə, şəhərin Yaqub Süleymanov küçəsi, ev 14 ünvanında yaşayan 1934-cü il təvəllüdlü Təyarə Abdulla qızı Hüseynovanı avtomobil vurub. Yaralı Şəki Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. Ancaq T.Hüseynova ilkin müayinədən sonra övladlarının təkidi ilə xəstəxanadan evə aparılarkən yolda ölüb.

Faktla bağlı Şəki şəhər rayon Polis şöbəsində araşdırma aparılır. 

Son xəbərlər

Orphus sistemi