Şəkidə yük avtomobili dərəyə aşıb, xəsarət alan var

Şəkidə yük avtomobili dərəyə aşıb, xəsarət alan var Şəki rayonunda taxıl səpininə gedən yük maşını dərəyə aşıb.
Hadisə
26 Oktyabr , 2019 19:51
Şəkidə yük avtomobili dərəyə aşıb, xəsarət alan var

Şəki rayonunda taxıl səpininə gedən yük maşını dərəyə aşıb.

"Report"un Şimal-qərb bürosunun məlumatına görə, hadisə axşam saatlarında Təzəkənd kəndində baş verib.

Dağlıq əraziyə taxıl səpini üçün taxıl aparan "KamAZ" markalı yük avtomobili dərəyə aşıb. Nəticədə Qax rayon Qıpçaq kənd sakini, 1995-ci il təvəllüdlü Osmanlı Cavid Rafiq oğlu xəsarət alıb. O, qapalı kəllə-beyin travması ilə Şəki rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Həkimlər C.Osmanlının vəziyyətini ağır qiymətləndirir.

Faktla bağlı araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi