Yuxarı

Şəkidə yolu keçmək istəyən azyaşlını avtobus vurub

Zərərçəkmiş ağır kəllə-beyin travması alıb

Bakı. 22 sentyabr. REPORT.AZ/ Şəki rayonundə "Neoplan" markalı sərnişin avtobusu yolu keçmək istəyən azyaşlını vurub.

"Report"un Şimal-qərb bürosu xəbər verir ki, hadisə rayonun Qoxmuq kəndi ərazisində qeydə alınıb.

Belə ki, kənd sakini, 2008-ci il təvəllüdlü Günel Mübariz qızı Sabirova yolu keçmək istəyərkən Sumqayıt şəhər sakini Mirzəağa Məmmədovun idarə etdiyi avtobus onu vurub.

Yaralı dərhal təcili tibbi yardım maşını ilə Şəki Rayon Mərkəzi xəstəxanasına aparılıb. Xəstəxanadan "Report"a verilən məlumata görə, zərərçəkmiş ağır kəllə-beyin travması alıb. Yaralı reanimasiya şöbəsinə yerləşdirilib. Onun vəziyyəti ağır olaraq qiymətləndirilir. 

Faktla bağlı araşdırma aparılır. 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi