Şəkidə yol qəzası zamanı 2 bacı xəsarət alıb

Şəkidə yol qəzası zamanı 2 bacı xəsarət alıb Şəki şəhərinin Heydər Əliyev prospektində xəsarətlə nəticələnən yol qəzası baş verib.
Hadisə
4 iyun 2019 18:07
Şəkidə yol qəzası zamanı 2 bacı xəsarət alıb

Şəki şəhərinin Heydər Əliyev prospektində xəsarətlə nəticələnən yol qəzası baş verib.

"Report"un Şimal-qərb bürosunun məlumatına görə, Müşfiq Muxtarlının idarə etdiyi "99-RC- 955" dövlət qeydiyyat nişanlı "Mercedes" markalı avtomobil Qaffar Hüseynovun sükanı arxasında olduğu "90-KK-068" dövlət nömrə nişanlı "VAZ-2107" markalı minik maşını toqquşub.

Nəticədə "VAZ"da olan iki bacı - 1974-cü il təvəllüdlü Ruziyə Əlövsət qızı Bəkirova və 1979-cu il təvəllüdlü Leyli Əlövsət qızı Mabudova xəsarət alıb.

Yaralı sərnişinlər dərhal Şəki RMX-ya çatdırılıblar. Müayinələr zamanı Ruziyə Bəkirovanın baş nahiyəsindən ciddi zədə aldığı ortaya çıxıb. Reanimasiyaya yerləşdirilən R.Bəkirova hazırda komadadır. Digər bacının isə vəziyyətinin orta-stabil olduğu bildirilir.

Faktla bağlı Şəki ŞRPŞ tərəfindən araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi