Şəkidə yol qəzası olub, sürücü ölüb - YENİLƏNİB

Şəkidə yol qəzası olub, sürücü ölüb - YENİLƏNİB Şəki rayonunda baş verən ağır yol-nəqliyyat hadisəsi zamanı ölən şəxsin adı məlum olub.
Hadisə
11 Noyabr , 2019 10:57
Şəkidə yol qəzası olub, sürücü ölüb - YENİLƏNİB

Şəki rayonunda baş verən ağır yol-nəqliyyat hadisəsi zamanı ölən şəxsin adı məlum olub.

"Report"un Şimal-qərb bürosunun məlumatına görə, ayonun Turan qəsəbəsi ərazisində rayonun Sarıca kənd sakini Ziyad Rüstəmov idarə etdiyi “Opel” markalı avtomobillə hərəkətdə olarkən idarəetməni itirərək maşını aşırıb. Nəticədə müxtəlif bədən xəsarətləri alan sürücü xəstəxanaya aparılarkən yolda ölüb.Onun meyiti müayinə olunması üçün Səhiyyə Nazirliyinin Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin şöbəsinə yerləşdiril

Faktla bağlı Şəki Şəhər-Rayon Polis Şöbəsində araşdırma aparılır.


*** 9:03

Şəkidə ölümlə nəticələnən yol qəzası baş verib.

"Report"un Şimal-qərb bürosunun məlumatına görə, hadisə rayonun Turan qəsəbəsi ərazisində qeydə alınıb.

Hadisə zamanı sürcü ağır bədən xəsaərtləri alıb. Hadisə baş verən əraziyə hüquq-mühafizə orqanlarının əməkdaşaları və Təcili Tibbi yardım Stansiyasının həkimləri cəlb olunub.

Yaralı “təcili yardım” avtomobili ilə xəstəxanaya aparılarkən yolda ölüb. 

Son xəbərlər

Orphus sistemi