Şəkidə yol qəzası baş verib, yaralananlar var

Şəkidə yol qəzası baş verib, yaralananlar var Şəki. 6 fevral. REPORT.AZ/ Şəki rayonunda yol qəzası baş verib.
Hadisə
6 Fevral , 2019 18:32
Şəkidə yol qəzası baş verib, yaralananlar var

Şəki. 6 fevral. REPORT.AZ/ Şəki rayonunda yol qəzası baş verib. 

“Report”un Şəki-Zaqatala bürosunun məlumatına görə, hadisə rayonun Aşağı Küngüt kəndi ərazisində qeydə alınıb. 

Belə ki, Şəki rayonunun İbrahim kənd sakini, 1994-cü il təvəllüdlü Simral Rüfət oğlu Mirzəmmədov idarə etdiyi “Ford” markalı minik avtomobilini yol kənarındakı ağaca vurub. Nəticədə sürücü və avtomobildə olan sərnişinlər - rayonun İbrahim kənd sakini, 1992-ci il təvəllüdlü Rəvan Rafiq oğlu Əhmədli və Şəki şəhər sakini, 1993-cü il təvəllüdlü Yasin Şahin oğlu Sadıqov müxtəlif dərəcəli bədən xəsarətləri ilə Şəki Rayon Mərkəzi Xəstəxanasına aparılıblar. Onlardan Y.Sadıqov daha sonra Cərrahiyyə şöbəsinə yerləşdirilib. Digər yaralılar - S.Mirzəmmədov və R.Əhmədlinin xəsarətləri yüngül olduğundan onlara xəstəxanada lazımi tibbi yardım göstərildikdən sonra ambulator müalicə almaq şərtilə evə buraxılıblar. 

Faktla bağlı araşdırma aparılır. 

Son xəbərlər

Orphus sistemi