Şəkidə yol qəzası baş verib, xəsarət alanlar var

Şəkidə yol qəzası baş verib, xəsarət alanlar var Şəkidə yol qəzası nəticəsində 3 nəfər xəsarət alıb. "Report"un Şimal-qərb bürosunun məlumatına görə, hadisə şəhərin Nəriman Nərimanov küçəsində qeydə alınıb. Belə ki, Şəki sakini 31 yaşlı Elnur Məmmədovun idarə etdiyi "VAZ-2109" markalı avtomobil 69
Hadisə
23 Yanvar , 2021 16:39
Şəkidə yol qəzası baş verib, xəsarət alanlar var

Şəkidə yol qəzası nəticəsində 3 nəfər xəsarət alıb.

"Report"un Şimal-qərb bürosunun məlumatına görə, hadisə şəhərin Nəriman Nərimanov küçəsində qeydə alınıb.

Belə ki, Şəki sakini 31 yaşlı Elnur Məmmədovun idarə etdiyi "VAZ-2109" markalı avtomobil 69 yaşlı Nəcəf Məmmədovun sükanı arxasında olduğu "VAZ-2106" markalı avtomobillə toqquşub. Nəticədə hər iki sürücü və "VAZ-2106"da olan sərnişin, 49 yaşlı Gülşən Bəşirova xəsarət alıb. Xəsarət alanlar dərhal Şəki Rayon Mərkəzi Xəstəxanasına çatıdırıblar.

Faktla bağlı araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi