Şəkidə yol qəzası baş verib, xəsarət alanlar var - YENİLƏNİB-2

Şəkidə yol qəzası baş verib, xəsarət alanlar var - YENİLƏNİB-2 Faktla bağlı araşdırma aparılır
Hadisə
26 Noyabr , 2018 14:51
Şəkidə yol qəzası baş verib, xəsarət alanlar var - YENİLƏNİB-2
0 : 00
0 : 00

Şəki. 26 noyabr. REPORT.AZ Şəki rayonunda baş verən ağır yol-nəqliyyat hadisəısi zamanı xəsarət alanlardan biri xəstəxanada ölüb. 

"Report"un yerli bürosu xəbər veri ki, Şəki Rayon Mərkəzi Xəstəxanasında müalicə alan Heydər Camal oğlu Vəliyev həkimlərin səyinə baxmayaraq orda ölüb.

Meyit muayinə olunması üçün məhkəmə tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Şəki rayon şöbəsinə təhvil verilib.


*** 13:49


Şəki. 26 noyabr. REPORT.AZ/ Şəki rayonunda baş verən ağır yol-nəqliyyat hadisəsi zamanı xəsarət alan şəxslərin adları məlum olub.

"Report"un yerli bürosu xəbər verir ki, qəza zamanı “Opel”in sürücüsü xəsarət almasa da digər avtomobilin sürücüsü Ə.Eyublu və onun avtomobilindəki sərnişinləri, rayon sakini Daşqın Rasim oğlu Yunusov və Heydər Camal oğlu Vəliyev aldıqları müxtəlif dərəcəli bədən xəsarətləri ilə Şəki Rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər.

Ə.Eyublunun xəsarəti yüngül olduğundan ona tibbi yardım göstərildikdən sonra evə buraxılıb. D.Yunusovun müalicəsi xəstəxanada davam etdirilir.

Faktla bağlı araşdırma aparılır. 



*** 12:11


Şəki. 26 noyabr. REPORT.AZ/ Şəkidə baş verən yol qəzasında 3 nəfər xəsarət alıb.

“Report”un Şəki-Zaqatala bürosunun məlumatına görə, hadisə bu gün rayonun Cəfərabad kəndinin ərazisində qeydə alınıb. 

Şəki rayon sakini idarəetdiyi “Opel” markalı minik avtomobili ilə hərəkətdə olarkən eyni istiqamətdə hərəkət edən həmyerlisi Əli Eyublunun idarəetdiyi “VAZ 2107” markalı minik avtomobilini vurub. Zərbənin gücündən “VAZ 2107” yoldan çıxaraq aşıb. 

Hadisə şahidlərinin sözlərinə görə, qəzada 2 nəfər xəsarət alıb. 

Son xəbərlər

Orphus sistemi