Yuxarı

Şəkidə valyuta alverçiləri cərimələnib

Yusif Məmmədov və Səbuhi Abdullayev valyuta tənzimi qaydalarını pozduqlarına görə cərimələniblər

Bakı. 31 dekabr. REPORT.AZ / Şəkidə müvafiq sənədləri olmadan fəaliyyət göstərən valyuta mübadilə məntəqəsinin işçiləri valyuta tənzimi qaydalarını pozduqlarına görə cərimə ediliblər.

"Report"un xəbərinə görə, bu barədə Daxili İşlər Nazirliyinin (DİN) rəsmi saytı məlumat yayıb.

Şəki şəhər rayon Polis Şöbəsinin əməkdaşlarının həyata keçirdikləri əməliyyat tədbirləri nəticəsində şəhərdəki mərkəzi bazarın ərazisində, müvafiq sənədləri olmadan fəaliyyət göstərən valyuta mübadilə məntəqəsinin işçiləri - şəhər sakinləri Yusif Məmmədov və Səbuhi Abdullayev valyuta tənzimi qaydalarını pozduqlarına görə İnzibati Xətalar Məcəlləsinin 222.1 maddəsinə əsasən hər biri 90 manat cərimə edilib.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi