Şəkidə usta təmir zamanı hündürlükdən yıxılaraq ölüb

Şəkidə usta təmir zamanı hündürlükdən yıxılaraq ölüb Şəki. 20 noyabr. REPORT.AZ/ Şəki rayonunda usta təmir zamanı hündürlükdən yıxılaraq ölüb.
Hadisə
20 Noyabr , 2018 14:48
Şəkidə usta təmir zamanı hündürlükdən yıxılaraq ölüb

Şəki. 20 noyabr. REPORT.AZ/ Şəki rayonunda usta təmir zamanı hündürlükdən yıxılaraq ölüb.

“Report”un Şəki-Zaqatala bürosunun məlumatına görə, hadisə Şəki şəhərinin M.Ə.Rəsulzadə küçəsi, ev 63 ünvanında baş verib.

Həmin ünvanda hündürlükdə təmir işləri aparan rayonun Zunud kənd sakini, 1966-cı il təvəllüdlü Kərəm Beydi oğlu Qarayev ehtiyatsızlıqdan yıxılıb. Ağır bədən xəsarətləri alan K.Qarayev travmatik şok vəziyyətdə Şəki Rayon Mərkəzi Xəstəxanasına aparılıb. 

Xəstəxanadan “Report”un yerli bürosuna bildirlib ki, K.Qarayev xəstəxanaya daxil olduqdan bir-neçə dəqiqə sonra aldığı xəsarətlərdən ölüb. 

Faktla bağlı araşdırma aparılır.

 

Son xəbərlər

Orphus sistemi