Şəkidə turistləri daşıyan avtobus dərəyə aşıb, xeyli sayda yaralı var

Şəkidə turistləri daşıyan avtobus dərəyə aşıb, xeyli sayda yaralı var Şəki şəhərində turistləri daşıyan avtobus qəzaya düşüb.
Hadisə
5 İyun , 2022 19:23
Şəkidə turistləri daşıyan avtobus dərəyə aşıb, xeyli sayda yaralı var

Fövqəladə Hallar Nazirliyinin (FHN) xilasediciləri Şəkidə qəzaya uğrayan sərnişin avtobusunda müxtəlif bədən xəsarətləri ilə sürücü və 22 nəfər sərnişini qəzaya uğrayan nəqliyyat vasitəsindən çıxararaq aidiyyəti üzrə təhvil veriblər.

Bu barədə "Report"a FHN-dən bildirilib.

Qeyd edilir ki, nazirliyin "112" qaynar telefon xəttinə Şəki şəhərində “İsuzu” markalı sərnişin avtobusunun dərəyə aşması və xilasedici köməyinə ehtiyac yaranması barədə məlumat daxil olub. Hadisə yerinə cəlb olunan FHN-nin Dövlət Yanğından Mühafizə Xidmətinin müvafiq xilasetmə qüvvələri müxtəlif bədən xəsarətləri ilə sürücü və 22 nəfər sərnişini qəzaya uğrayan nəqliyyat vasitəsindən çıxararaq aidiyyəti üzrə təhvil veriblər.

17:23

Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə Şəki şəhərində “İsuzu” markalı sərnişin avtobusunun dərəyə aşması və xilasedici köməyinə ehtiyac yaranması barədə məlumat daxil olub.

Bu barədə "Report" FHN-ə istinadən xəbər verir.

Dərhal FHN-nin Dövlət Yanğından Mühafizə Xidmətinin müvafiq xilasetmə qüvvələri hadisə yerinə cəlb olunub.

Əlavə məlumat veriləcək.

17:08

Şəki şəhərində turistləri daşıyan avtobus qəzaya düşüb.

"Report"un Şimal-qərb bürosunun məlumatına görə, hadisə bu gün axşam saatlarında Gileyli məhəlləsi adlanan ərazidə, "Mustafabəy" istirahət mərkəzinə gedən yolda qeydə alınıb.

Belə ki, içərisində 25 nəfər turistin olduğu "Hyundai" markalı avtobus idarəetmədən çıxaraq aşıb.

Nəticədə avtobusda olan xeyli sayda turist xəsarət alıb.

Hazırda əraziyə hüquq-mühafizə orqanlarının əməkdaşları və xilasedicilər cəlb olunub. Yaralıların Şəki Rayon Mərkəzi Xəstəxanasına yerləşdirildiyi bildirilir.

Son xəbərlər

Orphus sistemi