Şəkidə toyda iki qardaşı bıçaqlayan şəxs tutulub

Şəkidə toyda iki qardaşı bıçaqlayan şəxs tutulub ​Faktla bağlı araşdırmalar davam edir
Hadisə
6 Oktyabr , 2016 12:22
Şəkidə toyda iki qardaşı bıçaqlayan şəxs tutulub

Şəki. 6 oktyabr. REPORT.AZ/ Şəki rayonunda toy mərasimində iki qardaşı bıçaqlayan şəxs tutulub. "Report"un Şimal-qərb bürosunun məlumatına görə, hadisə oktyabrın 5-də rayonun Baş Layısqı kəndində toy mərasimində baş verib. 
Belə ki, həmin kəndin sakini Mikayıl Bəkirov münaqişə zəmnində həmkəndliləri Təbriz və Qalib Qəribov qardaşlarını bıçaqlayıb. Müxtəlif dərəcəli bıçaq yaraları alan T.Qəribov xəstəxanaya yerləşdirilib. 
Şəki Şəhər Rayon Polis Şöbəsinin (ŞRPŞ) əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində  M.Bəkirov tutularaq isatintaqa cəlb olunub. 
Faktla bağlı Şəki ŞRPŞ-də araşdırmalar davam edir.

Son xəbərlər

Orphus sistemi