Şəkidə toy məclisi təşkil edənlər cərimələndi

Şəkidə toy məclisi təşkil edənlər cərimələndi Şəki Şəhər Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən xüsusi karantin rejimi qaydalarına riayət edilməsi məqsədilə keçirilən nəzarət-profilaktik tədbirlər zamanı istirahət mərkəzlərinin birində toy məclisi təşkil edildiyi müəyyən olunub
Hadisə
296
20 May , 2021 15:27
Şəkidə toy məclisi təşkil edənlər cərimələndi

Şəki Şəhər Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən xüsusi karantin rejimi qaydalarına riayət edilməsi məqsədilə keçirilən nəzarət-profilaktik tədbirlər zamanı istirahət mərkəzlərinin birində toy məclisi təşkil edildiyi müəyyən olunub.

Daxili İşlər Nazirliyinin Mətbuat xidmətinin Şəki regional qrupundan "Report"a verilən məlumata görə, rayonun Baş Layısqı kəndi ərazisindəki istirahət mərkəzində 100 nəfərə yaxın qonağın iştirakı ilə keçirilən toy mərasimi polislər tərəfindən dayandırılıb.

Xüsusi karantin rejimi qaydalarını pozan obyektin sahibi, xidmət personalı, məclisi təşkil edən şəxslər və qonaqlar barəsində İnzibati Xətalar Məcəlləsinin 211-ci maddəsi ilə protokol tərtib olunub.

Son xəbərlər

Orphus sistemi