Şəki. 3 oktyabr. REPORT.AZ/ Şəki rayonunda tikintisi başa çatmayan hoteldən oğurluq edilib.
"Report"un Şimal-qərb bürosununməlumatına görə, hadisə Sahib Yusifova məxsus tikilməkdə olan hoteldə baş verib.
Belə ki, sentyabrın 30-da naməlum şəxs tikintiyə daxil olaraq, oradan 1800 metr elektrik naqili və inşaat materialları oğurlayb.
Şəki Şəhər Rayon Polis Şöbəsinin (ŞRPŞ) əməkldaşlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluqda şübhəli bilinən Şəki şəhər sakini Ramin Yusifov tutulub.
Faktla bağlı Şəki ŞRPŞ-də araşdırmalara başlanılıb.