Şəkidə sürücü yaşlı kişini maşınla vuraraq qaçıb

Şəkidə sürücü yaşlı kişini maşınla vuraraq qaçıb Şəki. 28 yanvar. REPORT.AZ/ Şəki rayonunda piyadanı maşın vurub.
Hadisə
28 Yanvar , 2019 23:26
Şəkidə sürücü yaşlı kişini maşınla vuraraq qaçıb

Şəki. 28 yanvar. REPORT.AZ/ Şəki rayonunda piyadanı maşın vurub.

“Report”un Şəki-Zaqatala bürosunun məlumatına görə, axşam saatlarında rayonun Baş Göynük kənd sakini, 1962-ci il təvəllüdlü Balabəy Allahverdi oğlu Allahverdiyev müxtəlif dərəcəli bədən xəsarətləri ilə Şəki Rayon Mərkəzi Xəstəxanasına daxil olub.

Müayinə zamanı onu Şəki-Qax avtomobil yolunun Aşağı Göynük kəndi ərazisindən keçən hissəsində minik maşını tərəfindən vurulduğu məlum olub. B.Allahverdiyevə sağ baldır sümüyünün və sağ 6,7,8,9-cu qabırğaların sınığı dioqnozu qoyulub.

Yaralının müalicəsi xəstəxananın Cərrahiyyə şöbəsində aparılır. Onu vuran avtomobil hadisə yerindən qaçıb.

Faktla bağlı araşdırma aparılır.

Bundan əvvəl Cəlilabad sakinini avtomobil vurub.

Son xəbərlər

Orphus sistemi