Şəkidə sürücü maşını maneəyə çırparaq xəsarət alıb

Şəkidə sürücü maşını maneəyə çırparaq xəsarət alıb Şəki. 30 noyabr. REPORT.AZ/ Şəki rayonunda 1 nəfərin xəsarət alması ilə nəticələnən yol qəzası baş verib.
Hadisə
30 Noyabr , 2018 21:56
Şəkidə sürücü maşını maneəyə çırparaq xəsarət alıb

Şəki. 30 noyabr. REPORT.AZ/ Şəki rayonunda 1 nəfərin xəsarət alması ilə nəticələnən yol qəzası baş verib.

“Report”un Şəki-Zaqatala bürosunun məlumatına görə, axşam saatlarında rayonun Qayabaşı kəndi ərazisində minik avtomobili ilə hərəkətdə olan 1969-cu il təvəllüdlü yerli sakin İsmayılov Nəriman Səfər oğlu maşını yol kənarındakı maneəyə vurub.

Qəzadan sonra N.İsmayılov Şəki Rayon Mərkəzi Xəstəxanasına aparılıb. Tibb müəssisəsindən “Report”a bildirilib ki, yaralıya döş qəfəsinin qapalı küt travması diaqnozu qoyulub. N.İsmayılovun müalicəsi xəstəxananın Cərrahiyyə şöbəsində aparılır, vəziyyəti orta-ağır qiymətləndirilir.

Faktla bağlı araşdırma aparılır.

Bundan əvvəl Şəkidə minik maşınının traktorla toqquşması nəticəsində bir ailənin üç üzvü xəsarət alıb.

Son xəbərlər

Orphus sistemi