Ayı tutularaq Reabilitasiyası Mərkəzinə göndərildi - VİDEO - YENİLƏNİB

Ayı tutularaq Reabilitasiyası Mərkəzinə göndərildi - VİDEO - YENİLƏNİB “Artıq iynə təsirini göstərib və ayı yatızdırılaraq Altıağac Milli Parkının nəzdindəki Vəhşi Təbiətin Reabilitasiyası Mərkəzinə göndərilib”.
Hadisə
3010
31 May , 2020 13:28
Ayı tutularaq Reabilitasiyası Mərkəzinə göndərildi  - VİDEO - YENİLƏNİB

“Artıq iynə təsirini göstərib və ayı yatızdırılaraq Altıağac Milli Parkının nəzdindəki Vəhşi Təbiətin Reabilitasiyası Mərkəzinə göndərilib”.

“Report” xəbər verir ki, bunu Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri İradə İbrahimova deyib.

"Bizə bu işdə yardımçı olan, dəstək verən, təmkinlilik göstərən Şəki şəhər İcra Hakimiyyətinə, polis idarəsinin və Fövqəladə Hallar Nazirliyinin əməkdaşlarına minnətdarlığımızı bildiririk", - o, əlavə edib.

Video əlavə olunub


***12:42

Şəki şəhərinin mərkəzində gəzən ayı tutulub.

"Report"un Şimal-qərb bürosunun məlumatına görə, ayıya 4 keyidici iynə vurulub.

Ayını təhlükəsiz şəkildə zərərsizləşdirmək üçün Ekologiya və Təbii Sərvətlər Nazirliyinin təcrübəli mütəxəssisləri helikopter vasitəsilə Bakı səhərindən Şəkiyə ezam olunub.

Ərazi xüsusi mühafizə olunur, hazırda ayının evakuasiya olunması prosesi gedir.

Son xəbərlər

Orphus sistemi