Şəkidə Rusiyaya məxsus avtomobil qəzaya düşüb, ölən və yaralananlar var - YENİLƏNİB

Şəkidə Rusiyaya məxsus avtomobil qəzaya düşüb, ölən və yaralananlar var - YENİLƏNİB Faktla bağlı araşdırma aparılır
Hadisə
28 Sentyabr , 2018 16:25
Şəkidə Rusiyaya məxsus avtomobil qəzaya düşüb, ölən və yaralananlar var - YENİLƏNİB
Report
0 : 00
0 : 00

Şəki. 28 sentyabr. REPORT.AZ/ Şəkidə qəzaya düşən “Chevrolet” markalı avtomobili əslən Balakəndən olan və hazırda Rusiya Federasiyasının Dağıstan Respublikasında yaşayan Samir Balakişiyev idarə edib.

“Report”un Şəki-Zaqatala bürosunun məlumatına görə, qəzadan sonra sürücü Samir Balakişiyev yüngül xəsarət alsa da, onun həyat yoldaşı, 1969-cu il təvəllüdlü Lali Baiyevna Balakişiyeva aldığı ağır xəsarətlərdən hadisə yerində ölüb. Avtomobildə olan digər sərnişin, sürücünün qardaşı oğlu, 1980-ci il təvəllüdlü İmran Ənvərbəy oğlu Balakişiyev Şəki Rayon Mərkəzi Xəstəxanasına aparılıb. “Report”un əldə etdiyi məlumata görə, qəzaya düşən yaxın qohumlar Rusiyadan Balakən rayonu Katex kəndində yaşayan qohumlarının toyuna gəlirlərmiş.


*** 16:06

Şəki. 28 sentyabr. REPORT.AZ/ Şəkidə Rusiya dövlətinə məxsus minik avtomobili qəzaya düşüb, bir nəfər ölüb, daha iki nəfər xəsarət alıb.

“Report”un Şəki-Zaqatala bürosunun məlumatına görə, hadisə bu gün günorta saatlarında Şəki-Qax avtomobil yolunun Şəki rayonu Aşağı Göynük kəndi ərazisindən keçən hissəsində baş verib.

“Chevrolet”markalı, H 118 CH-46 Rusiya dövlət nömrə nişanlı minik avtomobili Şəkidən Balakən rayonu istiqamətində hərəkətdə olakən idarəetməni itirməsi nəticəsində yolun kənarına aşıb. Qəza nətəcəsində avtomobildə olan və şəxsiyyəti hələ ki, məlum olmayan qadın hadisə yerində ölüb. Avtomobildə olan daha iki nəfər sərnişin isə aldıqları bədən xəsarətləri ilə Şəki Mərkəzi rayon Xəstəxanasına (MRX) aparılıblar.

Hazırda ölən qadının və yaralıların şəxsiyyəti dəqiqləşdirilir. Qəzaya düşənlərin Balakən rayonu Katex kənd sakinləri olduğu bildirilir.

Faktla bağlı araşdırma aparılır. 

Son xəbərlər

Orphus sistemi