Şəkidə reyd keçirilib, 25 sürücü cərimələnib - FOTO - VİDEO - YENİLƏNİB

Şəkidə reyd keçirilib, 25 sürücü cərimələnib - FOTO - VİDEO - YENİLƏNİB Video əlavə olunub
Hadisə
11 Dekabr , 2018 20:56
Şəkidə reyd keçirilib, 25 sürücü cərimələnib - FOTO - VİDEO - YENİLƏNİB
Report

Video əlavə olunub


*** 15:47

Şəki. 11 dekabr. REPORT.AZ/ Şəki rayonunda qaydaları pozan sürücülərə qarşı reyd keçirilib.

"Report"un Şimal-qərb bürosunun məlumatına görə, Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin Şəki regional şöbəsi və Dövlət Yol Polisi əməkdaşlarının keçirdiyi tədbir sürücülərin əhaliyə xidmətinin şəffaf və yüksək səviyyədə təmin olunması məqsədi daşıyır. 

Belə ki, şəhərdaxili küçələrdə postlar qurulub, yükdaşıma, sərnişindaşıma, taksi fəaliyyəti, qeyri-qanuni sərnişin daşınması ilə məşğul olan sürücülər müəyyənləşdirilib. Reyd zamanı 100-dən çox avtonəqliyyat vasitəsi saxlanılıb, 25 sürücü haqqında isə müvafiq tədbirlər görülüb.

Son xəbərlər

Orphus sistemi