Yuxarı
    Bağlamaq

    Şəkidə qəza zamanı iki nəfər xəsarət alıb

    Şəki. 20 sentyabr. REPORT.AZ/ Axşam saatlarında Şəkidə xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

    "Report"un Şimal-qərb bürosunun məlumatına görə, 1996-cı il təvəllüdlü yerli sakin Salamov Sahib Möhlüd oğlu minik maşını ilə Şəki-Marxal yolunda hərəkətdə olarkən sərt döngədə idarəetməni itirib və avtomobili yolun kənarındakı çökəkliyə aşırıb.

    Nəticədə M.Salamov və Şirvan şəhərindən olan 1997-ci il təvəllüdlü sərnişin Əmrahova Ceyhunə Arif qızı aldıqları bədən xəsarətləri ilə Şəki Rayon Mərkəzi Xəstəxanasına çatdırılıblar. Onların hər ikisinə ilkin tibbi yardım göstərilib, vəziyyətləri orta-stabildir.

    Xəsarət alan 21 yaşlı Ceyhunə Əmrahova Pedaqoji Universitetin Şəki filialının tələbəsidir.

    Faktla bağlı araşdırma aparılır.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi