​Şəkidə qəbirstanlıqdan oğurluq edən şəxslər saxlanılıb

​Şəkidə qəbirstanlıqdan oğurluq edən şəxslər saxlanılıb Faktla bağlı Şəki şəhər rayon polis şöbəsində cinayət işi açılıb, araşdırma aparılır
Hadisə
14 Avqust , 2016 18:51
​Şəkidə qəbirstanlıqdan oğurluq edən şəxslər saxlanılıb

Şəki. 14 avqust. REPORT.AZ/ Şəkidə qəbirstanlıqdan oğurluq edən Mingeçevir sakinləri saxlanılıb.

"Report"un Şimal-Qərb bürosu xəbər verir ki,oğurluq hadisəsi Şəkinin Çayqaraqoyunlu kənd qəbirstanlığında qeydə alınıb. Kənd sakinləri Şəki şəhər rayon polis şöbəsinə ərizə ilə müraciət edərək yaxınlarının qəbirlərinin ətrafında olan dəmir məhəccərlərin yoxa çıxdığını bildiriblər. 

Dərhal əməliyyat axtarış tədbirləri həyata keçirən polis əməkdaşları oğurluğu törətməkdə şübhəli bilinən Mingeçevir sakinləri 1967-ci il təvəllüdlü Davud Ələmşah oğlu Quliyevi və 1988-ci il təvəllüdlü Faiq Elbrus oğlu Qasımovu saxlayıblar.

İlkin dindirilmə zamanı şübhəli şəxslər əməllərini etiraf ediblər. Onlar bildiriblər ki, Mingəçevirdən iş axtarmaq məqsədilə Şəkiyə gəliblər və yol kənarında qəbirstanlığı gördükdə oradan dəmir məhəccərləri oğurlamaq qərarına gəliblər. Oğurladıqları dəmirləri isə yaşadıqları Mingəçevir şəhərində satıblar.

Faktla bağlı Şəki şəhər rayon polis şöbəsində cinayət işi açılıb, araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi