Şəkidə qaynanasını öldürən şəxs hakim qarşısına çıxarılır

Şəkidə qaynanasını öldürən şəxs hakim qarşısına çıxarılır ​​​​​​​Şəkidə qaynanasını qətlə yetirən Rahim Cəlilovun cinayət işi üzrə ibtidai istintaq başa çatıb
Hadisə
9 Aprel , 2021 11:46
Şəkidə qaynanasını öldürən şəxs hakim qarşısına çıxarılır

Şəkidə qaynanasını qətlə yetirən Rahim Cəlilovun cinayət işi üzrə ibtidai istintaq başa çatıb.

“Report”un xəbərinə görə, Şəki Ağır Cinayətlər Məhkəməsinə göndərilən iş hakim Nahid Mirzəyevin icraatındadır.

Qeyd edək ki, hadisə bu ilin yanvar ayında Şəki şəhərində baş verib. Şəki rayon sakini, 1984-cü il təvəllüdlü Cəlilov Rahim Tahir oğlu şəxsi münasibətlər zəminində aralarında yaranmış mübahisə zamanı qayınanası, 1961-ci il təvəllüdlü Əhmədova Ruqiyə Şükür qızını bıçaqlayaraq öldürüb.

Məlumata görə, 60 yaşlı R.Əhmədova axşam saatlarında nəvəsinin ad gününü təbrik etmək üçün kürəkənigilə gəlib. Həmin vaxt tərəflər arasında mübahisə yaranıb və R.Cəlilov qayınanasına bıçaqla xəsarət yetirərək onu öldürüb.

Ailə üzvlərinin bildirdiyinə görə, R.Cəlilov hadisəni törədən vaxt içkili olub.

Ona Cinayət Məcəlləsinin 120.2.4 (xüsusi amansızlıqla və ya ümumi təhlükəli üsulla adam öldürmə) maddəsi ilə ittiham verilib.

Son xəbərlər

Orphus sistemi