Şəkidə qadınlara qarşı quldurluq edən şəxsin məhkəməsi başlayır

Şəkidə qadınlara qarşı quldurluq edən şəxsin məhkəməsi başlayır Şəkidə quldurluq hadisəsi törətməkdə təqsirləndirilən Rəşad Əhmədovun cinayət işi üzrə ibtidai istintaq başa çatıb.
Hadisə
12 Dekabr , 2019 11:49
Şəkidə qadınlara qarşı quldurluq edən şəxsin məhkəməsi başlayır

Şəkidə quldurluq hadisəsi törətməkdə təqsirləndirilən Rəşad Əhmədovun cinayət işi üzrə ibtidai istintaq başa çatıb.

"Report" xəbər verir ki, cinayət işi baxılması üçün Şəki Ağır Cinayətlər Məhkəməsinə göndərilib. 

Hakim Rəşid Hüseynovun icraatına verilən iş üzrə hazırlıq iclası yaxın günlərdə keçiriləcək.

Qeyd edək ki, hadisə bu ilin fevral ayında Şəki şəhəri Bağbanlar küçəsində baş verib. 1941-ci il təvəllüdlü Rayə Əhmədova və qızı, 1976-cı il təvəllüdlü Aygün Əhmədovanın yaşadığı evə daxil olan R.Əhmədov zor tətbiq edərək hər ikisini yerə yıxıb, yumruq zərbələri vuraraq onlara xəsarət yetirib. Daha sonra əlindəki bıçaqla Rayə Əhmədovanı təhdid edərək ondan 100 manat pul aldıqdan sonra hadisə yerindən uzaqlaşıb.

Aparılmış istintaq-əməliyyat tədbirləri nəticəsində Aygün və Rayə Əhmədovaya qarşı quldurluq edən 1967-ci il təvəllüdlü, Şəki şəhəri, Arxüstü küçəsində yaşayan Rəşad Əhmədov Şəki şəhərində saxlanılıb.

Onun üzərində keçirilmiş şəxsi axtarış zamanı cinayət əməlini törədən vaxt istifadə etdiyi iti ucluğa malik bıçağa oxşar alət və ümumilikdə, 129 manat pul aşkar edilərək götürülüb.

R.Əhmədova Cinayət Məcəlləsinin 181.2.5-ci (silah və ya silah qismində istifadə edilən əşyalar tətbiq edilməklə quildirluq) maddəsi ilə ittiham verilib. 

Son xəbərlər

Orphus sistemi