​Şəkidə qadını it dişləyib - FOTO

​Şəkidə qadını it dişləyib - FOTO Göyçək Mahmudovanı hər iki qolunun bilək nahiyəsindən it dişləyib
Hadisə
9 May , 2016 23:28
​Şəkidə qadını it dişləyib - FOTO

Bakı. 10 may. REPORT.AZ / Şəkidə 51 yaşlı qadını it dişləyib. "Report" xəbər verir ki, hadisə rayonun Göybulaq kəndində baş verib.

Şəki Rayon Mərkəzi Xəstəxanasından verilən məlumata görə,1965-ci il təvəllüdlü Göyçək Şahmərdan qızı Mahmudova hər iki qolunun bilək nahiyəsinin it dişləməsi xəsarətləri ilə xəstəxanaya daxil olub.

Məlumata görə, kənd sakininə ailə üzvlərinin həyətyanı sahədə saxladığı it hücum edib. Göyçək Mahmudovaya xəstəxanada lazımi tibbi yardım göstərilib. O, quduzluq əleyhinə peyvənd edildikdən sonra evə buraxılıb.

Quduzlaşmış it qadının yaxınları tərəfindən öldürülüb.

Son xəbərlər

Orphus sistemi