Yuxarı

​Şəkidə piyadanın ölümü ilə nəticələnən yol qəzası baş verib

77 yaşlı qadın hadisə yerində ölüb

Bakı. 13 İyun. REPORT.AZ/ Ötən gün axşam saat 22 radələrində Şəkidə piyadanın vurulması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

"Report" xəbər verir ki, 1988-ci il təvəllüdlü Şəki şəhər sakini İlqar Mehman oğlu İsmayılov idarə etdiyi 55-BK-077 dövlət qeydiyyat nişanlı "Mercedes" markalı minik avtomobili ilə 1938-ci il təvəllüdlü şəhər sakini Tahirova Tədiqə Qərib qızını vurub.

Hadisə şəhərin Məhəmməd Əmin Rəsulzadə küçəsində qeydə alınıb. 77 yaşlı qadın təcili tibbi yardım maşını hadisə yerinə gəlincəyə qədər keçinib.

Faktla bağlı Şəki Şəhər Rayon Polis şöbəsində cinayət işi açılıb, araşdırma aparılır.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi