Şəkidə ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi törətməkdə təqsirləndirilən Xəyyam Yusubovun cinayət işi üzrə ibtidai istintaq başa çatıb.
"Report"un xəbərinə görə, iş baxılması üçün Şəki Ağır Cinayətlər Məhkəməsinə göndərilib.
Cinayət işi hakim Bilal Məmmədovun icraatına verilib.
Məhkəmənin hazırlıq iclasının vaxtı hələlik təyin edilməyib.
Qeyd edək ki, sentyabrın 7-si axşam saatlarında Şəki şəhəri Salman Mümtaz küçəsində yolu keçən piyada Vüqar Süleymanov müəyyən edilməyən avtomobillə vurulub o, aldığı xəsarətlərdən ölüb.
Şəki Şəhər Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində qəzanı törədərək hadisə yerindən yayınmaqda şübhəli bilinən “QAZ-3110” markalı avtomobilin sürücüsü, əvvəllər də məhkum olunmuş Xəyyam Yusubov müəyyən edilərək saxlanılıb.