Şəkidə piyadanı vurub hadisə yerindən qaçan sürücü saxlanılıb

Şəkidə piyadanı vurub hadisə yerindən qaçan sürücü saxlanılıb Sentyabrın 7-si axşam saatlarında Şəki şəhəri Salman Mümtaz küçəsində müəyyən edilməmiş avtomobillə yolu keçən piyada Vüqar Süleymanov vurulub və o, aldığı xəsarətlərdən ölüb.
Hadisə
8 Sentyabr , 2021 11:00
Şəkidə piyadanı vurub hadisə yerindən qaçan sürücü saxlanılıb

Sentyabrın 7-si axşam saatlarında Şəki şəhəri Salman Mümtaz küçəsində müəyyən edilməyən avtomobillə yolu keçən piyada Vüqar Süleymanov vurulub və o, aldığı xəsarətlərdən ölüb.

Daxili İşlər Nazirliyinin Mətbuat xidmətinin Şəki regional qrupundan "Report"a verilən məlumata görə, Şəki Şəhər Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində qəzanı törədərək hadisə yerindən yayınmaqda şübhəli bilinən “QAZ-3110” markalı avtomobilin sürücüsü, əvvəllər də məhkum olunmuş Xəyyam Yusubov müəyyən edilərək saxlanılıb.

Faktla bağlı cinayət işi başlanılıb, istintaq aparılır.

Son xəbərlər

Orphus sistemi