Şəkidə orta yaşlı kişi özünü bıçaqlayıb

Şəkidə orta yaşlı kişi özünü bıçaqlayıb Şəki. 14 sentyabr. REPORT.AZ/ Şəki şəhərində yerli sakin özünə bıçaqla xəsarət yetirib.
Hadisə
14 Sentyabr , 2018 22:25
Şəkidə orta yaşlı kişi özünü bıçaqlayıb

Şəki. 14 sentyabr. REPORT.AZ/ Şəki şəhərində yerli sakin özünə bıçaqla xəsarət yetirib.

"Report"un Şimal-qərb bürosunun məlumatına görə, hadisəni axşam saatlarında yaşadığı evdə 1982-ci il təvəllüdlü yerli sakin Cəlilov Bəxtiyar Vaqif oğlu törədib.

O, ayağından aldığı bıçaq yarası ilə Şəki Rayon Mərkəzi Xəstəxanasına aparılsa da, ilkin tibbi müayinədən sonra xəstəxanada qalmaqdan imtina edərək oradan çıxıb. B.Cəlilovun bunu hansı səbəbdən etdiyi hələ ki, məlum deyil.

Faktla bağlı araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi