Şəkidə ölümlə nəticələnən yol qəzası baş verib

Şəkidə ölümlə nəticələnən yol qəzası baş verib Faktla bağlı Baş İstintaq və Təhqiqat İdarəsi tərəfindən araşdırma aparılır
Hadisə
6 Fevral , 2017 11:55
Şəkidə ölümlə nəticələnən yol qəzası baş verib

Bakı. 6 fevral. REPORT.AZ/ Şəki rayonunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

"Report"un məlumatına görə, hadisə fevralın 4-də saat rayonun Köbər Zəyzid kəndində qeydə alınıb.

Belə ki, Oğuz rayon sakini Şövkət Qarayevin idarə etdiyi “Mercedes” və Bəhlul Rüstəmovun idarə etdiyi “Ford Tranzit” markalı avtomobillər toqquşub. Nəticədə Ş.Qarayev hadisə yerində ölüb.

Faktla bağlı Baş İstintaq və Təhqiqat İdarəsi tərəfindən araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi