Şəkidə narkotik vasitələrin kultivasiyası ilə məşğul olan şəxs saxlanılıb - VİDEO

Şəkidə narkotik vasitələrin kultivasiyası ilə məşğul olan şəxs saxlanılıb - VİDEO Şəki Şəhər Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində narkotik vasitələrin kultivasiyası ilə məşğul olmaqda şübhəli bilinən rayon sakini Həmzət Seyidov saxlanılıb.
Hadisə
19 İyun , 2020 10:15
Şəkidə narkotik vasitələrin kultivasiyası ilə məşğul olan şəxs saxlanılıb - VİDEO

Şəki Şəhər Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində narkotik vasitələrin kultivasiyası ilə məşğul olmaqda şübhəli bilinən rayon sakini Həmzət Seyidov saxlanılıb.

Bu barədə "Report"un Şimal-qərb bûrosuna DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan məlumat verilib.

Bildirilib ki, şəxsi axtarış zamanı H.Seyidovdan narkotik vasitə qurudulmuş marixuana aşkarlanıb. Onun yaşadığı ünvana baxış keçirilən zaman torpağa basdırılan və kökündən çıxarılaraq kənara qoyulan ümumi çəkisi 2 kiloqram 400 qrama yaxın olan 13 ədəd çətənə bitkisi aşkar edilərək maddi sübut kimi götürülüb.

Faktla bağlı Şəki ŞRPŞ-də araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi