Şəkidə minik maşını traktorla toqquşub, bir ailənin üç üzvü xəsarət alıb - YENİLƏNİB

Şəkidə minik maşını traktorla toqquşub, bir ailənin üç üzvü xəsarət alıb - YENİLƏNİB Faktla bağlı araşdırma aparılır.
Hadisə
30 Noyabr , 2018 19:35
Şəkidə minik maşını traktorla toqquşub, bir ailənin üç üzvü xəsarət alıb - YENİLƏNİB

Şəki. 30 noyabr. REPORT.AZ/ Şəki rayonunda baş verən ağır yol-nəqliyyat hjadisəsi zamanı xəsarət alan şəxslərin adı məlum olub.

"Report"un yerli bürosu xəbər verir ki, Göyçay rayon sakini, 1950-ci il təvəllüdlü Arif Rüstəm oğlu Rüstəmovun idarə etdiyi “VAZ-21015” markalı minik avtomobil Şəki rayon sakininin idarə etdiyi traktorla toqquşub. Nəticədə minik maşınının sürücüsü Arif Rüstəmov, onun həyat yoldaşı, 1950-ci il təvəllüdlü Solmaz Soltanəhməd qızı Rüstəmova və oğlu, 1994-cü il təvəllüdlü Rüstəm Arif oğlu Rüstəmov müxtəlif dərəcəli bədən xəsarətləri ilə Şəki Rayon Mərkəzi Xəstəxanasına çatdırılıblar. 


*** 16:58

Şəki. 30 noyabr. REPORT.AZ/ Şəki rayonunda yol qəzası baş verib. 

“Report”un Şəki-Zaqatala bürosunun məlumatına görə, hadisə Yevlax-Zaqatala-Gürcüstan sərhədi avtomobil yolunun rayon ərazisindən keçən hissəsində qeydə alınıb. Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları və Təcili Tİbbi Yardım Stansiyasının həkim briqadası cəlb olunub. Yaralılar təcili yardım maşınları ilə Şəki Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. 

Faktla bağlı araşdırma aparılır. 

Son xəbərlər

Orphus sistemi