Şəkidə mikroavtobus qəzaya uğradı, xəsarət alanlar var

Şəkidə mikroavtobus qəzaya uğradı, xəsarət alanlar var Şəki rayonunda xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Hadisə
26 İyun , 2021 20:49
Şəkidə mikroavtobus qəzaya uğradı, xəsarət alanlar var

Şəki rayonunda xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

"Report"un Şimal-qərb bürosunun məlumatına görə, hadisə Yevlax-Zaqatala-Gürcüstan sərhədi yolunun rayonun Cəfərabad kəndindən keçən hissəsində qeydə alınıb.

Belə ki, hərəkətdə olan "Mercedes" markalı avtomobil mikroavtobusla toqquşub. Nəticədə 4 nəfər müxtəlif dərəcəli xəsarətlər alıb. Yaralılar Şəki Rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər.

Faktla bağlı araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi