Şəkidə mikroavtobus aşıb, xəsarət alanlar var - FOTO - YENİLƏNİB

Şəkidə mikroavtobus aşıb, xəsarət alanlar var - FOTO - YENİLƏNİB Belə ki, rayonun Aşağı-Göynük kənd sakini, 30 yaşlı Anar Rüstəmov idarə etdiyi Ford markalı mikroavtobusla Bakıya sərnişin apararkən yolda qəza törədib.
Hadisə
10 İyul , 2019 13:27
Şəkidə mikroavtobus aşıb, xəsarət alanlar var - FOTO - YENİLƏNİB

Belə ki, rayonun Aşağı-Göynük kənd sakini, 30 yaşlı Anar Rüstəmov idarə etdiyi "Ford" markalı mikroavtobusla Bakıya sərnişin apararkən yolda qəza törədib.

Hadisə zamanı Qax rayon sakinləri - 53 yaşlı Nüşabə İsayeva,17 yaşlı Aytən Canəliyeva, 9 yaşlı Ayan Hacıyeva, Misir vətəndaşları 59 yaşlı Aşraf Cəlal Saat və onun 12 yaşlı qızı Selcan Cəlal Aşraf müxtəlif dərəcəli bədən xəsarətləri alıblar.

Yaralılar Şəki Rayon Mərkəzi Xəstəxanasına çatdırılıblar. Onlardan sürücü A.Rüstəmov, mikroavtobusda olan sərnişinlərdən N.İsayevanın və Misir vətəndaşı Aşraf Cəlal Saatın vəziyyətlərinin ağır olduğu bildirilir. Digə yaralıların vəziyyəti yüngül olduğundan onlar evə buraxılıb.

Faktla bağlı araşdırma aparılır. 


*** 12:23

Şəki rayonunda ağır yol-nəqliyyat hadisəsi olub.

"Report"un Şimal-qərb bürosunun məlumatına görə, hadisə Şəki-Qax avtomobil yolunun rayonun Aşağı Göynük kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.

Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları və Təcili Tibbi Yardım Stansiyasının həkimləri cəlb olunub. Qəza nəticəsində 5 nəfərin müxtəlif dərəcəli bədən xəsarətləri aldığı bildirilir. Yaralılar "təcili yardım" maşınları ilə xəstəxanaya yerləşdirilib.  

Son xəbərlər

Orphus sistemi