Yuxarı
    Bağlamaq

    Şəkidə mənşəyi məlum omayan tütün məmulatları aşkar edilərək götürülüb

    Faktla əlaqədar cinayət işi başlanılıb

    Bakı. 19 may. REPORT.AZ/ Şəki rayonunda mənşəyi bilinməyən bitkilərdən markası və lisenziyası olmayan “Prima” markalı tütün məmulatları aşkar edilərək götürülüb.
    "Report" Daxili İşlər Nazirliyinin (DİN) saytına istinadən xəbər verir ki, mayın 17-də Şəki şəhər sakinləri Çingiz Sadıqov və Tehran Lətifov Oğuz şosesinin kənarında yerləşən anbarda xüsusi avadanlıqlardan istifadə etməklə küllü miqdarda (16 023 manat dəyərində) mənşəyi bilinməyən bitkilərdən 53 410 qutu aksiz markası və lisenziyası olmayan “Prima” markalı tütün məmulatı hazırlayaraq, tarixi, çeşidi, istehsal olunduğu ölkə, standartı və texniki göstəriciləri barədə yanlış məlumatlar verməklə həmin tütün məmulatlarının 1 600 ədəd qutusunu 480 manata satıblar.

    Şəki Şəhər Rayon Polis Şöbəsinin (ŞRPŞ) əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Ç.Sadıqov və T.Lətifov saxlanılıb. Onlara məxsus emalatxanaya baxış zamanı əlavə olaraq 51 810 ədəd “Prima” markalı tütün məmulatı aşkar edilərək götürülüb.

    Faktla əlaqədar cinayət işi başlanılıb.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi