Şəkidə mal-qara və ev quşlarını oğurlayan şəxs tutulub - FOTO

Şəkidə mal-qara və ev quşlarını oğurlayan şəxs tutulub - FOTO O, 45 baş mal-qara, 50-dən çox ev quşu oğurlayıb
Hadisə
18 Noyabr , 2015 19:48
Şəkidə mal-qara və ev quşlarını oğurlayan şəxs tutulub - FOTO

Bakı. 18 noyabr. REPORT.AZ/ Şəkidə mal-qara və ev quşlarını oğurlayan şəxs tutulub. "Report" xəbər verir ki, Kiçik Dəhnə kənd sakini Bünyad İsmayılov 45 baş mal-qara, 50-dən çox ev quşu oğurlamaqla kənd sakinlərinə külli miqdarda ziyan vurub. 

Məlumata görə, o, qonşu Dərəcənnət kənd sakininin tövləsindən bir neçə baş iribuynuzlu mal-qara oğurlayarkən elə iş başında ev sahibi tərəfindən yaxalanıb. Ev sahibi dərhal polis əməkdaşlarına xəbər verib. Şəki Şəhər Polis Şöbəsinin əməkdaşları tərəfindən saxlanılan Bünyad İsmayılov ətrafında aparılmış əməliyyat-istintaq tədbirləri nəticəsində məlum olub ki, bu onun ilk əməli deyil. 

Belə ki, Bünyad İsmayılovun müxtəlf kəndlərdən də silsilə oğurluq etdiyi aydın olub. Oğurluq edən şəxsin bu ilin sentyabr-okyabr aylarında rayonun bir neçə kəndlərindən ümumilikdə 8-dən çox oğurluq edərək, başqalarına məxsus 35 başdan çox xırdabuynuzlu,10 baş iribuynuzlu mal-qara, 50-dən çox ev quşunu qanunsuz yolla mənimsəyib. 

O, ifadəsində deyib ki, törətdiyi əməlləri sərxoş vəziyyətdə olarkən edib. Hazırda rayon polis şöbəsində Bünyad İsmayılovun digər oğurluq əməllərində əlinin olub-olmadığı araşdırılır. 

Son xəbərlər

Orphus sistemi