Yuxarı

Şəkidə mal-qara otaran kişini maşın vurub

​Şəkidə mal-qara otaran kişini maşın vurub

Şəki. 5 yanvar. REPORT.AZ/ Şəki rayonunda mal-qara otaran 31 yaşlı kişini maşın vurub.

“Report”un Şəki-Zaqatala bürosunun məlumatına görə, rayonun 1987-ci il təvəllüdlü Aran kənd sakini Məhərrəmov İlyas Tərvaz oğlu sağ baldır sümüyünün yerdəyişən sınığı xəsarəti ilə Şəki Rayon Mərkəzi Xəstəxanasına daxil olub.

Müayinə zamanı İ.Məhərrəmov kəndin inzibati ərazisində yol kənarında mal-qara otaran zaman minik maşını tərəfindən vurulduğunu bildirib.

Faktla bağlı Şəki Şəhər-Rayon Polis Şöbəsində araşdırma aparılır.

Daha əvvəl Goranboyda avtomobil piyadanı vuraraq ağır xəsarət yetirib.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Tərəfdaşların xəbərləri


Xəbər lenti

Son xəbərlər



Orphus sistemi