Şəkidə mal-qara oğurlayan şəxs saxlanılıb

Şəkidə mal-qara oğurlayan şəxs saxlanılıb Şəki. 21 fevral. REPORT.AZ/ Şəki rayonunda mal-qara oğurluğu ilə məşğul olan şəxs saxlanılıb.
Hadisə
21 Fevral , 2018 11:56
Şəkidə mal-qara oğurlayan şəxs saxlanılıb

Şəki. 21 fevral. REPORT.AZ/ Şəki rayonunda mal-qara oğurluğu ilə məşğul olan şəxs saxlanılıb.

Bu barədə "Report"un Şimal-qərb bürosuna DİN mətbuat xidmətinin Şəki regional qrupundan bildirilib. Məlumata görə, rayonun Sarıca kənd sakini Anar Əliyev Şəki Şəhər Rayon Polis Şöbəsinin Sarıca Polis Bölməsinə ərizə ilə müraciət edərək fevralın 18-də ona məxsus evin həyətyanı sahəsindəki tövlədən 2 baş iribuynuzlu mal-qaranın oğurlandığını bildirib. Müraciətlə əlaqədar polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində cinayəti törətməkdə şübhəli bilinən şəxs saxlanılaraq şöbəyə gətirilib.

Ətrafında aparılan araşdırmalarla onun Naftalan şəhər sakini, əvvəllər məhkum olunmuş Orxan Paşayev olduğu müəyyən edilib. O.Paşayev ifadəsində oğurladığı heyvanları bazarda tanımadığı şəxslərə sataraq əldə etdiyi pulun çox hissəsini borclu olduğu əvvəllər məhkum olunmuş Goranboy rayon sakini, Laçın Əzimova verdiyini bildirib.

Faktla əlaqədar olaraq araşdırmalar davam etdirilir.

Son xəbərlər

Orphus sistemi