Şəkidə karantin rejimini pozan kafe aşkarlandı

Şəkidə karantin rejimini pozan kafe aşkarlandı Şəkidə karantin rejimini pozan kafe aşkar edilib.
Hadisə
30 Mart , 2020 10:36
Şəkidə karantin rejimini pozan kafe aşkarlandı

Şəkidə karantin rejimini pozan kafe aşkar edilib.

Bu barədə "Report"un Şimal-qərb bürosuna Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin Şəki regional qrupundan məlumat verilib.

Məlumatda bildirilib ki,  Nazirlər Kabineti yanında Operativ Qərargah tərəfindən qəbul edilən xüsusi karantin rejim qaydalarının təmin olunması istiqamətində Şəki Şəhər Rayon Polis Şöbəsinin (RPŞ) əməkdaşları tərəfindən tədbirlər davam etdirilir.

Polis Şöbəsinin əməkdaşları tərəfindən rayon ərazisində xidmət aparılan zaman şəhərin Bağbanlar küçəsində karantin rejiminə əməl etməyərək fəaliyyət göstərən kafe aşkar edilib və qaydalara əsasən fəaliyyəti dayandırılıb. Həmin kafeni işlədən şəxs barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddələri ilə protokol tərtib olunub.

Bu istiqamətdə tədbirlər karantin rejimi müddətində davam etdiriləcək.

Son xəbərlər

Orphus sistemi