Şəki. 26 sentyabr. REPORT.AZ/ Şəki rayonunda itkin düşmüş 86 yaşlı kişi tapılıb.
"Report"un Şimal-qərb bürosunun məlumatına görə, Şəki şəhər sakini, 1932-ci il təvəllüdlü İslam Zahirov rayonun Vərəzət kəndində boş ərazidə tapılıb. Onun axtarışları iki gün ərzində polis əməkdaşları və ailə üzvləri tərəfindən aparılıb.
Xatırladaq ki, İ.Zahirov sentyabrın 23-də marketə getmək adı ilə evdən çıxmış və geri qayıtmamışdı.