Şəkidə itkin düşən 20 yaşlı qadın evinə qayıdıb - YENİLƏNİB

Şəkidə itkin düşən 20 yaşlı qadın evinə qayıdıb - YENİLƏNİB Şəki. 31 oktyabr. REPORT.AZ/ Şəki rayonunda itkin düşən 20 yaşlı qadın evinə qayıdıb.
Hadisə
31 Oktyabr , 2018 18:38
Şəkidə itkin düşən 20 yaşlı qadın evinə qayıdıb - YENİLƏNİB
0 : 00
0 : 00

Şəki. 31 oktyabr. REPORT.AZ/ Şəki rayonunda itkin düşən 20 yaşlı qadın evinə qayıdıb.

"Report"un Şimal-qərb bürosunun məlumatına görə, Çiçək Zülfiqar qızı Məmmədova hazırda ailəsinin yanındadır.

Məlumata görə, o, ailədaxili münaqişə səbəbindən evlərini tərk edərək Yevlax rayonuna gedibmiş.


***15:33

Şəki rayonunda 20 yaşlı qadın itkin düşüb.

"Report"un Şimal-qərb bürosunun məlumatına görə, Şəki şəhər sakini, 1998-ci il təvəllüdlü Çiçək Zülfiqar qızı Məmmədova oktyabrın 29-da evdən çıxaraq naməlum istiqamətə gedib və bir daha geri qayıtmayıb.

Bu barədə rayonun Daşbulaq kənd sakini, Xalid Zülfiqar oğlu Məmmədov rayon hüquq-mühafizə orqanlarına müraciət edərək bacısının itkin düşməsi ilə bağlı məlumat verib. 

Ç.Məmmədovanın ailəli olduğu bildirilir.

Hazırda 20 yaşlı qadının tapılaraq ailəsinə təhvil verilməsi istiqamətində əməliyyat tədbiri aparılır.

Son xəbərlər

Orphus sistemi