Şəkidə işlədiyi fermadan oğurluq edən çoban tutulub

Şəkidə işlədiyi fermadan oğurluq edən çoban tutulub Faktla bağlı araşdırmalara başlanılıb
Hadisə
26 avqust 2017 08:48
Şəkidə işlədiyi fermadan oğurluq edən çoban tutulub

Bakı. 26 avqust. REPORT.AZ/ Şəki rayonunda işlədiyi fermadan oğurluq edən çoban tutulub.

"Report" Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətinə istinadən xəbər verir ki, avqustun 17-də rayon ərazisindəki fermalardan birində 60 baş qoyun oğurlanıb. 

Şəki Şəhər Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri ilə oğurluqda şübhəli bilinən və həmin fermada çoban işləyən Vüqar İdrisov tutulub.

Faktla bağlı araşdırmalara başlanılıb.

Son xəbərlər

Orphus sistemi