Şəkidə işçi çalışdığı şirkətin 111 min manata yaxın pulunu mənimsəyib

Şəkidə işçi çalışdığı şirkətin 111 min manata yaxın pulunu mənimsəyib “A+CO” ASC-nin əməkdaşı tərəfindən ona etibar edilmiş pul vəsaitlərinin mənimsənilməsi barədə Şəki rayon prokurorluğuna daxil olmuş müraciət üzrə araşdırma aparılıb.
Hadisə
6 İyul , 2022 16:34
Şəkidə işçi çalışdığı şirkətin 111 min manata yaxın pulunu mənimsəyib

“A+CO” ASC-nin əməkdaşı tərəfindən ona etibar edilmiş pul vəsaitlərinin mənimsənilməsi barədə Şəki rayon prokurorluğuna daxil olmuş müraciət üzrə araşdırma aparılıb.

Bu barədə "Report"a Şəki rayon prokurorluğundan məlumat verilib.

Aparılmış araşdırmalarla ASC-nin Kommersiya Departamentinin Satış şöbəsinin region üzrə satış bölməsinin satış təmsilçisi vəzifəsində işləyən Rza İbrahimovun 01.02.2021-ci il tarixindən 03.06.2022-ci il tarixədək tam maddi məsul şəxs kimi ASC-nin ona etibar edilən ümumilikdə 110 min 851 manat məbləğində pul vəsaitini mənimsəməsinə əsaslı şübhələr müəyyən edilib.

Faktla bağlı Şəki rayon prokurorluğunda Cinayət Məcəlləsinin 179.3.2-ci (külli miqdarda mənimsəmə) maddəsi ilə cinayət işi başlanıb.

Hazırda istintaq davam edir.

Son xəbərlər

Orphus sistemi