Şəkidə toydan yasa gedən şəxslər qəzaya düşüb: 5 yaralı - YENİLƏNİB

Şəkidə toydan yasa gedən şəxslər qəzaya düşüb: 5 yaralı - YENİLƏNİB ​Faktla bağlı araşdırmalara başlanılıb
Hadisə
150
9 Sentyabr , 2016 17:19
Şəkidə toydan yasa gedən şəxslər qəzaya düşüb: 5 yaralı - YENİLƏNİB

Şəki. 9 sentyabr. REPORT.AZ/ Şəki rayonunda toydan yasa gedən şəxslər qəzaya düşüblər.

"Report"un Şimal-qərb bürosunun məlumatına görə, Vaqif Abdullayevin idarə etdiyi "VAZ-21011" markalı avtomobil Qax rayonunun Turaclı kənd sakini Həsən Həsənovun idarə etdiyi "Mercedes" markalı avtomobillə toqquşub. Nəticədə "Mercedes" markalı avtomobildə olan bir ailənin 5 üzvü müxtəlif dərəcəli bədən xəsarətləri alıblar. Yaralılar Qax rayonunun Turaclı kənd sakinləri  -  "Mercedes"in  sürücüsü H.Həsənov, 1976-cı il təvəllüdlü Sevgili Köçəri qızı Həsənova, 1971-ci il təvəllüdlü Səbuhi Əsəd oğlu Həsənov, 1964 - cü il təvəllüdlü Diləfruz Əsəd qızı Vəliyeva, 1958 - ci il təvəllüdlü Türkan Məhəmməd qızı Əsədova Şəki Rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər.

Qeyd edək ki, qəzaya düşən şəxslər Mingəçevir şəhərinə toy mərasiminə gediblər. Lakin onlara Qax rayonunun Turaclı kəndində yaşayan qohumlarının - Həsən Həsənov, Diləfruz Həsənova və Səbuhi Həsənovun anasının - ölüm xəbəri verilib. Onlar da Qax rayonuna qayıdarkən yolda qəzaya düşüblər.

 ***16:11 

Şəki rayonunda  5 nəfərin xəsarət alması ilə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib.

"Report"un Şimal-qərb bürosunun məlumatına görə, hadisə rayonun Cuma kəndi ərazisində qeydə alınıb.

İki maşının toqquşması nəticəsində 5 nəfər ağır yaralanıb. Yaralılar təcili tibbi yardım maşını ilə Şəki Rayon Mərkəzi Xəstəxanasına (RMX) yerləşdiriliblər.

Xəstəxanadan bildirilib ki, vəziyyətləri ağır olan yaralıların hələlik şəxsiyyətləri dəqiqləşdirilir.

Faktla bağlı araşdırmalara başlanılıb.

Son xəbərlər

Orphus sistemi