Şəkidə baş verən qəzada xəsarət alanların kimliyi məlum olub.
"Report"un Şimal-qərb bürosunun məlumatına görə, xəsarət alanlar "VAZ-2109"un sürücüsü, Şəki rayon Aşağı Göynük kənd sakini 1988-ci il təvəllüdlü Ruzigar Məmmədov, sərnişinlər Qax rayon Tanqıt kənd sakinləri 1995-ci il təvəllüdlü Elşən Mürsəlzadə və 1993-cü il təvəllüdlü Ülvi İslamlıdır.
Qeyd edək ki, hadisə bu gün axşam saatlarında Şəki-Qax avtomobil yolunun rayonun Aşağı Göynük kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.
Belə ki, hərəkətdə olan "VAZ-2107" və "VAZ-2109" markalı avtomobillərin toqquşması nəticəsində 3 nəfər xəsarət alıb.
Şəkidə 3 nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
"Report"un Şimal-qərb bürosunun məlumatına görə, hadisə bu gün axşam saatlarında Şəki-Qax avtomobil yolunun rayonun Aşağı Göynük kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.
Belə ki, hərəkətdə olan "VAZ-2107" və "VAZ-2109" markalı avtomobillərin toqquşması nəticəsində 3 nəfər xəsarət alıb. Yaralılar Şəki Rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər.
Hazırda hüquq-mühafizə orqanlarının əməkdaşları hadisə yerində araşdırma aparılır.