Şəkidə iki avtomobil toqquşub, xəsarət alanlar var

Şəkidə iki avtomobil toqquşub, xəsarət alanlar var Şəki rayonunda yol qəzası baş verib.
Hadisə
1623
16 Sentyabr , 2020 22:30
Şəkidə iki avtomobil toqquşub, xəsarət alanlar var

Şəki rayonunda yol qəzası baş verib.

"Report"un Şimal-qərb bürosunun məlumatına görə, hadisə bu gün axşam saatlarında rayonun Bideyiz kəndi ərazisində qeydə alınıb.

Belə ki, Ümüd Məmmədlinin idarə etdiyi "VAZ-2107" markalı avtomobillə Nağdalı Səmədovun sükanı arxasında olduğu " VAZ-2106" markalı avtomobil toqquşub. Qəzadan sonra "VAZ-2107" alışaraq yanıb.

Hadisə nəticəsində avtomobillərdə olan iki nəfər müxtəlif dərəcəli bədən xəsarətləri ilə Şəki rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.

Faktla bağlı araşdırma aparılır.

Orphus sistemi